Tramp dərmanların xaricdən deyil, Amerika şirkətlərindən alınması ilə bağlı sərəncam imzalayacaq

Tramp dərmanların xaricdən deyil, Amerika şirkətlərindən alınması ilə bağlı sərəncam imzalayacaq

Ağ Evin ticarət üzrə müşaviri Peter Navarro ABŞ prezidenti Donald Trampın cümə axşamı "əsas" dərmanları xarici şirkətlərdən deyil, Amerika şirkətlərindən almağı tələb edən sərəncam imzalamağı planlaşdırdığını bildirib.

"Çinin virus pandemiyasından bir şey öyrənmiş oldur. Bu, əsas dərmanlar, maskalar, əlcəklər, eynəklər kimi tibbi ləvazimatlar üçün xarici ölkələrdən təhlükəli dərəcədə asılı olmağımızdır" - deyə, Navarro cümə axşamı jurnalistlərərə bildirib.

O, Trampın sərəncamı Ohayoda yerləşən təsisata səfəri zamanı imzalayacağını deyib.

Bu ştat Trampın ikinci dönəm prezidentlik üçün sabiq vitse-prezident Co Baydenlə yarışlarında əsas ştatlardadır.

Lakin rəy sorğuları Trampın 2016-cı ildə keçirilən seçkilər zamanı 8 faiz üstünlüklə qələbə çaldığı Ohayoda Baydenlə güclü bir yarış olacağını göstərib.

Navarro deyib ki, sərəncam ABŞ hökumətindən zəruri dərmanların siyahısını hazırlamasını və həmin dərmanların Çin kimi ölkələrdən deyil, ABŞ şirkətlərindən satın almasını tələb edir.

O, əsasən də "Çindən gələn görünməz düşmənə qarşı mübarizə apardığımız bir zaman" amerikalıların vacib dərmanları əldə edə bilməli olduğunu deyib.

Koronavirus yayılmağa başlayanda ABŞ-ın Ərzaq və Dərmanlara Nəzarət Administrasiyası amerikalılara reseptlərlə verilən dərmanlar da daxil olmaqla, tibbi ləvazimatlarda çatışmamazlıq ola biləcəyi barədə xəbərdar etmişdi.

Keçən ay Tramp ümumi dərman istehsalına gərək olan və hazırda xarici şirkətlərdən alınan maddələri istehsal etmək üçün Kodak şirkətiilə 765 milyon dollarlıq müqavilə imzalandığını elan edib.

Mənbə: www.amerikaninsesi.org