Baş nazir ASALA-nı himayə edirmiş – Məxfi sənədlər üzə çıxdı

Baş nazir ASALA-nı himayə edirmiş – Məxfi sənədlər üzə çıxdı

Yunanıstanın eks-baş naziri Andreas Papandreunun hökumətə rəhbərlik etdiyi illərdə ASALA terror təşkilatına dəstək verdiyi üzə çıxıb.

Modern.az xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin 1940-1990-cı illəri əhatə edən 12 milyon səhifəlik arxiv sənədlərinin yayılmasından sonra bu fakt məlum olub. Üzərindən məxfilik işarəsi götürülən sənədlər siyasi və kəşfiyyat məlumatlarını özündə birləşdirir.

Məxfliyi götürülən əsəndlər içində 1987-ci il 1 iyul tarixində o zaman MKİ rəhbərlik edən Robert Geytsə təqdim edilən sənəd də var. “Terrorla mübarizə: xəbərdarlıqlar və proqnozlar” adlanan sənəddə Papandreunun və rəhbərlik etdiyi hökumətin ASALA terror təşkilatına loyal münasibətindən bəhs olunur.

“Yunanıstan hökuməti və xüsusi xidmət orqanları ASALA-nın ölkə ərazisində mövcudluunu bilsə də, onlara toxunmurlar və hətta yardım da göstərirlər. ASALA ilə yanaşı, Yaxın Şərqdən olan bir sıra terror qruplaşmaları da Papandreu hökuməti dövründə Yunanısranda sığıanacaq alıblar”-deyə hesabatda deyilir.

Xatırladaq ki, Andreas Papandreu 1981-1989 və 1993-1996-cı illərdə Yunanıstanın baş naziri olub. ASALA (Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) terror qruplaşması 1975-1988-ci illərdə fəaliyyət göstərib. Qruplaşmanın lideri Akop Akopyan 1988-ci ildə məhz Yunanıstan paytaxtı Afinada öldürülüb.

Mənbə: modern.az