Rəsmi Tehran Trampın İran üzrə nümayəndəsinin istefa verməsinə münasibət bildirib

Rəsmi Tehran Trampın İran üzrə nümayəndəsinin istefa verməsinə münasibət bildirib

İrana qarşı maksimum təzyiq siyasəti cavab verməyib. Brayandan öncə Con Bolton vəzifəsindən gedib və nakam qalıb...

“İrana qarşı maksimum təzyiq siyasəti cavab verməyib. Brayandan öncə Con Bolton vəzifəsindən gedib və nakam qalıb. Elə bəlkə Pompeo da Trampdan öncə çamadanını yığıb gedənlərdən olacaq.”

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Ali Şurasının sədri kontr-admiral Əli Şəmxani deyib.

Kontr-admiral twitter səhifəsində ABŞ dövlət katibliyinin İran üzrə xüsusi nümayəndəsi Brayan Hukun istefa verməsi xəbərinə maraqlı münasibət bildirib və deyib ki, digər ABŞ rəsmiləri də bu şəkildə nakam gedəcəklər.

 

Əli Şəmxan bildirib ki, ABŞ-ın İrana qarşı adət halını almış maksimum təzyiq siyasəti nəticəsiz qalacaq.

 

Qeyd edək ki, Brayan Hukun yerinə ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams gəlir.

 

Mənbə: www.interaztv.com