Gürcüstandan Rusiyaya tələb: Ordunu çıxart!

Gürcüstandan Rusiyaya tələb: Ordunu çıxart!

Rusiya Gürcüstana qarşı təcavüzkar və işğalçılıq siyasətini davam etdirir.

Axar.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri Georgi Qaxariya Cənubi Osetiya müharibəsinin 12-ci ili ilə bağlı danışarkən deyib.

“Biz heç vaxt işğalla barışan deyilik. Gürcüstan hökuməti ölkənin ərazi bütövlüyü problemlərini yalnız sülh və inkişaf yolu ilə həll edəcək. Rusiya qoşunlarını Gürcüstandan çıxarmalıdır”, - Baş nazir bildirib.

Mənbə: axar.az