“Nikolu sui-qəsdçi məqsədlərindən yayındırmaq mümkün deyil”

“Nikolu sui-qəsdçi məqsədlərindən yayındırmaq mümkün deyil”

“Kimsə şübhə də etmir, Nikol səni sui-qəsdçi məqsədlərindən yayındırmaq mümkün deyil”. Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının rəsmisi Karine Atsemyan öz “Facebook” səhifəsində yazıb.
“Ölkə və dövlətin problemi sən deyilsən, bizim problemimiz cəmiyyətimizin “yeni” təhsil standartlarınız, anti-erməni əxlaqsız proqramlarınız, böyük və kiçik yalanlarınız ilə sizə dözən hissəsidir. Təsəvvür edirəm düşüncəndə sənə inananlara necə gülürsən və təəccüblənirsən ki, vəd verdiyinin tam əksini etmisən, ancaq hələ də dözürlər”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az