Almaniya Livana yardım etməyə hazırlaşır və bu ölkədən cavab gözləyir

Berlin, 7 avqust, AZƏRTAC

Beyrut faciəsinin elə ilk günündə Almaniya XİN Livana yardım göstərilməsi üzrə böhran şöbəsi yaradıb.

AZƏRTAC xəbər verir ki, şöbənin əməkdaşları bu yardımın hazırlanması və icrası proqramı ilə məşğuldurlar.

Beyrutda dağıdıcı hadisələrin fəsadlarının aradan qaldırılması üçün Bundesver də yardım göstərməyə hazırdır. Bu gün hərbi qulluqçular avadanlığın və xüsusi texnikanın hazırlığını yoxlamağa başlayıblar. Onlar Beyrutdakı desant-xilasedici mərkəzin və tibbi sanitar bölmələrin yerləşdirilməsinə hazırdırlar.

Livan hələ ki, Almaniyadan yardımın qəbul edilməsinə öz razılığını verməyib. Lakin Berlin humanitar missiyanın özünə aid hissəsini artıq həyata keçirir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda büdcə qaydasının tətbiqi müvəqqəti dayandırılır

SONRAKI XƏBƏR

ABŞ Livana 17 milyonluq yardım ayırdı