Almaniyanın “Patriot” sistemləri modernləşdiriləcək

Almaniyanın “Patriot” sistemləri modernləşdiriləcək

Almaniya Silahlı Qüvvələrinin arsenalında olan “Patriot” hava hücumundan müdafiə sistemləri NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) həyata keçirdiyi layihə çərçivəsində modernləşdiriləcək. Ordu.az xəbər verir ki, bunün üçün Agentlik Almaniya parlamentinin təsdiqindən sonra COMLOG şirkəti ilə müqavilə imzalayb.
Müqavilənin dəyəri barədə dəqiq məlumat verilməyib. İmzalanan müqaviləyə əsasən Almaniyanın “Patriot” sistemləri tank əleyhinə raket səviyyəsindən gücləndirilmiş raket - taktik ballistik raket (GEM-T) səviyyəsinə yüksəldiləcək.
Agentlik 30 ildən çoxdur ki, Almaniya, Yunanıstan, ABŞ, Hollandiya, İspaniya, Polşa, Rumıniya və İsveçə təchizat, texniki, nəqliyyat dəstəyi verib.
COMLOG şirkəti MBDA və “Raytheon” şirkətlərinin ortaq müəssisəsidir və Agentliyin layihələrinə ciddi dəstək verir.
Sevinc Əliyeva
Ordu.az

Mənbə: ordu.az