Ermənistanın səssiz və konformist diaspor müvəkkili

Ermənistanın səssiz və konformist diaspor müvəkkili

Ermənistanda hakimiyyəti ələ keçirdikdən sonra Bolşevik hərbi siyasətinin üslubuna uyğun olaraq yeni hakimiyyət, xüsusi ilə də bu prosesin və ya təzahürün xalqın gözü qarşısında öz reytinqlərini qaldıra bilməkdə faydalı olduğuna görə əvvəlki hakimiyyətlərlə əlaqəli olan hər şeydən yaxa qurtarmğa, aradan qaldırmağa çalışdı. “168.am” nəşrində dərc olunan məqalədə qeyd olunur ki, bu sıradan olan Ermənistan hakimiyyətinin “parlaq” təzahürlərindən biri hökumətin optimallaşdırılması adı altında Diaspor Nazirliyinin ləğvi, anlaşılmaz səbəblər əsasında Baş nazirin administrasiyasında Diaspor İşləri üzrə ofis yaratmaq və bu ofisə rəhbər olaraq məsul komissar təyin edilməsi oldu.
“Heç kimə sirr deyil ki, təxminən bir il əvvəl, Zareh Sinanyan Diasporla İş üzrə Müvəkkil təyin edilərkən, mövcud hakimiyyət, xüsusilə investisiya və immiqrasiyanı təmin etmək baxımından diaspora böyük ümidlər bəsləyirdi. Yəqin ki, elə buna görə Sinanyan diaspordakı bu əsas sahəyə cavabdeh təyin edildi. Ermənistan diasporu olan bir dövlət olaraq həmişə xaricdəki ayrı-ayrı həmvətənləri, icma və quruluşları ilə əməkdaşlıq edir. Bu münasibətlərdə onilliklər boyu müxtəlif metodlar və formatlar tətbiq edilib.
Ancaq erməni gerçəkliyində effektiv dövlət-diaspor əməkdaşlığının modelləri hələ dəqiq inkişaf etdirilməyib. Bu məsələ ermənilər üçün geosiyasi və regional reallıqlardan irəli gələn çətinliklər, ölkənin iqtisadi, elmi, təhsil, demoqrafik, habelə hərbi inkişafın vacibliyi, diasporun ermənilərin təhlükəsizliyinin və dövlətin tərəqqisinin təmin edilməsində rolunu nəzərə alaraq strateji əhəmiyyət daşıyır.
Paşinyan və komandası Sinanyanın gördüyü işlər nəticəsində Ermənistana ciddi investisiyaların axacağı, həmçinin mühacirətin təşviq ediləcəyi barədə tezis irəli sürdülər. Ancaq heç bir ciddi irəliləyiş əldə edilmədi, üstəlik Sinanyanın təyin olunmasından qısa bir müddət sonra müsahibələrinin birində qeyd olunmuşdu ki, “investisiyalar gözləniləndən daha azdır”.
Eyni zamanda, Sinanyanın təyinatı diaspor tərəfindən birmənalı qəbul edilməmişdi, səbəbi isə tamamilə Amerikayönlü bir kadr olduğundan, Rusiyada və ya Şərqi Avropadakı erməni diasporunun nümayəndələri tərəfindən qəbul edilə bilməzdi, çünki burada geosiyasi maraqlar toqquşurdu.
Bu hal Paşinyanın qeyri-uzaqgörən kadr siyasətindən, Tavuşdakı son hərbi əməliyyatlardan sonrakı dövrdə törətdiyi nəticələrinin şahidi olduğumuz faktlardan xəbər verirdi. Məlum olduğu kimi, son dövrdə Ermənistanın dövlət sərhəddinin Tavuş bölgəsində ciddi hadisələr baş verdi, bunun sərhədlərinin miqyası avtomatik olaraq ermənilərin daha çox məskunlaşdığı Diaspor bölgələrini əhatə edərək genişləndi. Məhz bu ölkələrdə bir-birinə aman vermədən Ermənistan-Azərbaycan toqquşmaları geniş miqyas alaraq olduqca kütləvi xarakter aldı”, - deyə nəşr yazır.
Məqalədə qeyd olunur ki, baş verən hadisələr zamanı Sinanyan səsini də çıxarmadı, o, məzuniyyətdə idi.
“Artıq məlum olub ki, Paşinyan Diasporla İş üzrə Müvəkkil Aparatının birdən birə 12 idarə və şöbə əməkdaşlarını bir anda işdən çıxardıb. Qəribə olsa da işdən azad edilənlər arasında Sinanyanın adı yoxdur. Bir sözlə Paşinyan Diaspora ilə iş sahəsini tamamilə iflasa uğradan qurumun rəhbəri Sinanyanın əvəzinə, bu qurumun inzibati heyəti olan əməkdaşlarını tam tərkibdə dəyişdirir.
Baş verən hərəkətlərdən aydın olur ki, bütün digər hallarda olduğu kimi indi də məsuliyyət tamamilə orta və aşağı təbəqə işçilərin üzərinə düşür və “patro” aradan sıyrılıb çıxır.
Halbuki, Ermənistan Baş naziri Aparatının Diaspor işləri üzrə Baş Müvəkkilinin ofisində rəhbər, rəhbər müavinləri var ki, onlar da görülən və ya görülməyən işlərə cavabdeh olmalıdırlar.
Yeri gəlmişkən, bunun səbəbi bilinmir, ancaq Diaspor Müvəkkili Aparatının işçiləri son 7 ayda 82,9 milyon dram mükafat alıblar və idarədə 48 işçi var. Hansı əməyin nəticəsinə görə bu “kor duz” qurumunun əməkdaşlarının bu qədər böyük miqdarda mükafata layiq görülməsi məlum deyil. Xüsusilə qeyd edilməlidir ki, bu ilin aprel ayının sonunda parlamentdəki deputatların suallarını cavablandıran həmin qurumun rəhbəri, xaricə səfər, diaspor icmaları ilə görüşlər zamanı, ölkəyə qayıtmağı təşviq etməyin onlar üçün prioritet olmadığını söyləmişdi.
“Rusiyaya gedib və ay camaat, nə edirsiniz, geri qayıdın deyərkən, bilməliyik, bu insanları işlə təmin etmək üçün şəraitimiz varmı? Hətta geri ölkəyə qayıdanlar üçün mövcud olan prosesləri normal müəyyən etmişikmi, mühacirət üçün bir mühit təmin etmişikmi? Mən deyim, böyük bir immiqrasiyaya hazır deyilik”.
İnvestorları cəlb etmək üçün təsəlliverici bir şey söyləməmişdi.
Yekun vuraraq, daha bir əhəmiyyətli məqamı qeyd edək. “Yaşıl kart” lotereyasında iştirak etmək üçün neçə nəfərin müraciət etdikləri ilə tanış olduqda, Paşınyanın “kütləvi şəkildə ölkəyə qaytarma” ilə bağlı balladası olduqca maraqlı və gülünc görünür.
Beləliklə, 2018-ci il ərzində ümumilikdə 267,067 nəfər erməni ABŞ-da daimi yaşayış vəsiqəsi almaq arzusunda olub, onlardan 110.725 nəfər müraciət edən, 156.342 nəfər qadın və uşaqlar da daxil olmaqla müraciət edənlərin ailə üzvləri olub”, - deyə məqalənin müəllifi bildirir.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az