Prezidentlər Rusiya vətəndaşlarının Minskdə saxlanılmasını müzakirə etdilər

Prezidentlər Rusiya vətəndaşlarının Minskdə saxlanılmasını müzakirə etdilər

Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Oxu.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumatı yayıb.

Hər iki ölkənin prezidentləri Minskdə saxlanılan Rusiya vətəndaşları ətrafında yaranmış vəziyyətin qarşılıqlı anlaşma ruhunda həll olunacağına inandıqlarını bildiriblər.

Mənbə: www.oxu.az