Almaniya Prezidenti bu fotosuna görə tənqid edildi

Almaniya Prezidenti bu fotosuna görə tənqid edildi

Alman KİV və sosial şəbəkə istifadəçiləri Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri antipidemioloji qaydaları pozduğuna görə tənqid ediblər.

“Qafqazinfo” “Deutsche Welle”yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə dövlət başçısının Cənubi Tirolda məzuniyyəti zamanı çəkdirdiyi fotosu müzakirə olunur.

Fotodan da göründüyü kimi, yerli məmurlardan biri ilə birlikdə qrup halında duran Ştaynmayer müəyyən edilmiş məsafəyə riayət etmir, onun üzündə qoruyucu maska yoxdur.

Mənbə: qafqazinfo.az