Pozner açıqladı: O, Belarusda yüz faiz qalibdir!

Pozner açıqladı: O, Belarusda yüz faiz qalibdir!

Rusiyalı teleaparıcı Vladimir Pozner Belarusda 9 avqustda baş tutacaq prezident seçkilərinin nəticələri ilə bağlı öz proqnozunu səsləndirib.

Axar.az xəbər verir ki, jurnalist bu barədə fikirlərini “Pozner.Onlayn” saytında bölüşüb.

“Lukaşenko məğlub olmayacaq. Bu, yüz faizdən yüzdür”, - deyə Pozner bildirib.

O, digər namizədin qalib olacağı ehtimalını istisna edib:

“Bu barədə danışmaq belə gülməlidir”.

Mənbə: axar.az