Bu yaramaz Avropa(!) siyasətçisi növbəti dəfə  Quran nüsxəsini yandırmağa hazırlaşır...- RƏZALƏT

Bu yaramaz Avropa(!) siyasətçisi növbəti dəfə  Quran nüsxəsini yandırmağa hazırlaşır...- RƏZALƏT

Danimarkanın “Sərt kurs” radikal partiyasının lideri Rasmus Paludan İsveçin Malmö şəhərindəki bir məsciddə müqəddəs Qurani-Kərimin nüsxəsini açıq şəkildə yandırmaq üçün İsveçə gedəcəyini açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə avqustun 4-də yerli “Fria Tider” qəzeti məlumat yayıb.

Paludanın partiya həmkarlarının sözlərinə görə, onu Quran nüsxəsini yandırmağa küçə sənətçisi Dan Park dəvət edib. Paludan dəvəti qəbul edib.

Məlumata görə, islamafob siyasət adamı İsveçə səfərinin bu çirkin məqsədini avqustun 28-də Malmönün Rozenqard rayonundakı bir məsciddə reallaşdırmağa hazırlaşır. Bu insanlıq sifətini itirmiş üzdəniraq Avropa siyasətçisinin ilk belə cinayəti deyil. Ötən il Kopenhagendə Rasmus Paludanın başçılıq edən bir qrup sağçı fəal müsəlmanlar üçün müqəddəs Quranın nüsxəsini yandırmışdı. Aksiya Danimarka hakimiyyətinin paytaxtın “Town Hall” meydanında yerli müsəlman icmasının nümayəndələrinin iftar süfrəsi təşkil etməsinə icazə verməsinə cavab olaraq təşkil edilib.

Sultan Laçın

 

 

Mənbə: moderator.az