Hizbullah lideri Beyrut partlayışına münasibət bildirib: Hərəkat bu faciədə dövlət və xalqın yanındadır

Hizbullah lideri Beyrut partlayışına münasibət bildirib: Hərəkat bu faciədə dövlət və xalqın yanındadır

Hizbullah lideri Həsən Nəsrullah Beyrut partlayışına münasibət bildirib...

Hizbullah lideri Həsən Nəsrullah Beyrut partlayışına münasibət bildirib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Hizbullah lideri Həsən Nəsrullah bu gün Beyrut partlayışına dair çıxış edib.

Hizbullah lideri bildirib ki, bu faciədə millətindən, dinindən və məzhəbindən asılı olmayaraq Livanın bütün ictimaiyyəti o cümlədən Hizbullah da ciddi travma alıb.

Hizbullah lideri bildirib ki, hərəkat evsiz qalanlara sığınacaq verməyə, yardım işlərinin həyata keçirilməsində bütün imkanları ilə dövlətin yanında və Livan ictimaiyyətinin xidmətindədir.

Həsən Nəsrullah partlayışdan dərhal sonra hərəkata qarşı mənfi təbliğat kompaniyasına start verildiyini bəyan edib və vurğulayıb ki, Hizbullahın bu limanda heç vaxt hərbi yükü olmayıb.

Hizbullah lideri bu hadisənin Livan üçün faciə olduğunu bildirib və əlavə edib ki, məlum partlayış təkcə Livana iqtisadi baxımdan deyil, səhiyyə və ictimai baxımdan da ciddi ziyan vurub.

Hərəkatın baş katibi partlayışdan sonra Livanda yardımlaşma baxımından insanların həmrəylik nümayiş etdirmələrini alqışlayıb, səbr, iradə, əzmkarlıq, dözüm və qardaşlıq hissi ilə məlum faciənin mənfi nəticələrinin aradan qaldırılmasının mümkün olduğunu qeyd edib.

Mənbə: www.interaztv.com