Gürcüstandan daha 107 Azərbaycan vətəndaşı ölkəyə təxliyə olunur

Gürcüstandan daha 107 Azərbaycan vətəndaşı ölkəyə təxliyə olunur

 

Bu gün Gürcüstandan daha 352 nəfər Azərbaycana təxliyə olunacaq.

Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, təxliyə edilənlərdən 107-si Azərbaycan vətəndaşı, 233-ü Gürcüstan, 12-si isə Rusiya vətəndaşlarıdır.

Onlar ötən gün Tbilisidəki klinikalardan birində PCR testlərindən keçirilib və bütün test cavabları neqativ olub.

Təxliyə olunanlar saat 10:00-da Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısından xüsusi avtobuslarla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar. Onların Azərbaycanda karantinə alınmayacağı bildirilib.

Mənbə: apa.az