AB bu ölkədən də təhlükə gözləyir: siyahıdan sildi

AB bu ölkədən də təhlükə gözləyir: siyahıdan sildi

Avropa Birliyi Şurası birlik ərazisinə koronavirus pandemiyası dövründə gəlişinə icazə verdiyi ölkələrin yenilənmiş siyahısını təqdim edib.

Axar.az xəbər verir ki, bu məlumat Avropa Birliyi Şurasının saytında yer alıb.

Siyahıdakı ölkələrdən Mərakeşin adı çıxarılıb.

Qeyd edək ki, siyahıda əvvəlki kimi Avstraliya, Gürcüstan, Kanada, Yeni Zellandiya, Ruanda, Cənubi Koreya, Tailand, Tunis, Uruqvay, Yaponiyanın adı yer alıb.

Siyahıya həmçinin Çinin da adı daxil edilib.

Mənbə: axar.az