Belarus Ukrayna telekanalının üç jurnalistini deportasiya etdi

Belarus Ukrayna telekanalının üç jurnalistini deportasiya etdi

Avqustun 7-də günortadan sonra Minskdə saxlanılan Ukraynanın “İndiki zaman” (“Nastoyaşeye vremya”) telekanalının iki jurnalistini Belarusdan vətənlərinə deportasiya edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Ukraynanın Belarusdakı səfirliyi informasiyanı təsdiq edib və Minskdə saxlanılan iki jurnalistin deportasiya edildiyini vurğulayıb.

Onlar saat 23: 40-da Minsk-Odessa reysi ilə Ukraynaya uçublar.

Deportasiya olunanlardan biri İrina Romaliyskaya “Facebook”da bildirib ki, buna paralel olaraq jurnalistlərə giriş qadağası da qoyulub.

Həmkarı İvan Qrebenyukun sözlərinə görə, qadağa 10 ildir.

“Anladığım qədər səbəb dünənki efirimiz olub. Sorğu-sual edən heyət hansı yerlərdə olduğumuzu dəqiqliklə bizə dedilər” deyə jurnalist qız yazıb.

Avqustun 7-də günortadan sonra Belarusun paytaxtındakı “Minsk” otelində ukraynalılar – İrina Romaliyskaya, İvan Qrebenyuk, habelə “Nastoyaşeye vremya” telekanalının ştatda çalışan müxbiri, rusiyalı Yuri Baranyuk saxlanılıb.

Onları KİV haqqında qanunvericiliyi pozmaqda ittiham ediblər və Belarusda akkreditasiya olmadan işlədiklərini deyiblər.

Telekanal isə prezident seçkilərindən əvvəl jurnalistlərin akkreditasiyadan keçməsi üçün Belarusa sənəd göndərdiklərini, lakin tələbin təmin edilmədiyini bildirib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az