Çin Trampa qarşı səfərbər olur - ABŞ kəşfiyyatı

Çin Trampa qarşı səfərbər olur - ABŞ kəşfiyyatı

Çin hakimiyyəti istəyir ki, ABŞ Prezidenti Donald Tramp prezident seçkisində qalib gəlməsin.

Axar.az xəbər verir ki, bu məlumat ABŞ Təhlükəsizlik və Əkskəşfiyyat Milli Mərkəzinin direktoru Uilyam Evaninin bəyanatında yer alıb.

“Bizim qiymətləndirməmizə görə, Pekin qeyri-müəyyən saydığı Prezident Trampın yenidən seçilməsini istəmir. Çin 3 noyabr ərəfəsində ABŞ-da siyasi iqlim formalaşdırmaq məqsədilə öz təsirini genişləndirir”, – deyə o bildirib.

Mənbə: axar.az