Erməni politoloq: “Ermənistanda daha çox anti-ruslar, anti-rus əhval-ruhiyyələrinə malik olanlar diqqət cəlb edirlər”

Erməni politoloq: “Ermənistanda daha çox anti-ruslar, anti-rus əhval-ruhiyyələrinə malik olanlar diqqət cəlb edirlər”

 

İyul hadisələrindən sonra Ermənistanın siyasi sahəsində təsvirolunmaz, 180 dərəcəli siyasi mövqelərin çevrilmələri qeydə alınır. Erməni politoloq Armen Badalyan bildirib ki, Ermənistanda əsl qərbyönümlü xadimlər, qərb dəyərlərinin tərəfdarları çox azdır.

Badalyanın sözlərinə görə, Ermənistanda daha çox anti-ruslar, anti-rus əhval-ruhiyyələrinə malik olanlar diqqət cəlb edirlər və onlar anti-rus əhval-ruhiyyələrini qərbyönümlülük kimi təqdim etməyə çalışırlar.

“Bu, reallığa uyğun gəlmir, çünki əsl qərbyönümlü Ermənistanın milli maraqlarından irəli gəlmədiyi üçün Rusiyaya qarşı ola bilməz”, - deyə erməni politoloq qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az