Deputat 1 aylıq statiistikanı açıqladı: 75 müraciətin 67-si icra olunub

Deputat 1 aylıq statiistikanı açıqladı: 75 müraciətin 67-si icra olunub

“Milli Məclisdə sizin təmsilçiniz olaraq fəaliyyətə başladığım ilk gündən qarşımıza maksimum ünsiyyətdə olmaq, bir-birimizi dinləmək, dairəmizin gündəlik həyatına qatlaşmaq və problemlərin həllinə köməklik göstərmək məqsədini qoymuşuq. Çalışırıq hər birinizi eşidək və qayğılarınıza çözüm tapılmasına bacardıqda dəstək olaq”.

Cebhe.info xəbər verir ki, bunu deputat Elnur Allahverdiyev deyib.

O qeyd edib ki, bu işdə dövlətin və rayonun icra strukturları ilə sıx əlaqədədirlər:

“Onlara göstərdikləri köməyə görə təşəkkür edirəm! Hesab edirəm ki, seçicilər önündə hesabat vermək də fəaliyyətimizin ayrıca istiqaməti olmalıdır. Bu məqsədlə sizə iyul ayındakı fəaliyyətimizlə bağlı statistik infoqrafikanı təqdim edirik. Çalışacağıq hesabat xarakterli məlumatı sizinlə mütəmadi bölüşək”.

Qeyd edək ki, deputatın yaydığı statistikaya görə, 1 ayda 75 müraciət daxil olub, onlardan 67-si müsbət mənada icra olunub. Şikayətlərdən 3-ü əsassız, 5-i isə hazırda icradadır.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info