Metro niyə açılmır? - Səbəb açıqlandı

Metro niyə açılmır? - Səbəb açıqlandı

Bütün ölkələrin təcrübəsinə nəzər yetirdikdə, virusun yayılmasına ən çox təsir edən amillərdən biri ictimai nəqliyyatdır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Məhz bu səbəbdən bir çox ölkələrdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Elə bizdə də bu səbəblə metronun açılması müzakirə olunmur.

Lakin avtobuslarda sıxlıqların tənzimlənməsi isə vətəndaşlarımızdan da asılıdır".

Şahmar Mövsümov əlavə edib ki, işlə bağlı rayonlar arası gediş-gəliş üçün hər bir iş qurumu əməkdaşına ezamiyyə vərəqi verməlidir: "Bu gün bütün dövlət qurumlarında bu tələb olunur. Məhz bu səbəblə bu vərəq verilməlidir"

Mənbə: axar.az