Tramp Şimali Koreya və İranla müqavilə vəd etdi

Tramp Şimali Koreya və İranla müqavilə vəd etdi

Donald Tramp ABŞ-da qarşıdakı prezident seçkilərində qalib gələcəyi təqdirdə, həm İran, həm də KXDR ilə tez bir zamanda razılığa gələcəyini və bu ölkələrlə müqavilələr bağlayacağını deyib.

“2016-cı ildə seçkilərdə qalib gəlməsəydim, ölkəmiz indi Şimali Koreya ilə müharibə edərdi. Bu çox xoşagəlməz bir müharibə olardı”.

Cebhe.info-nun məlumatına görə, Prezident Tramp belə açıqlama verib.

Ağ Evin rəhbəri əlavə edib ki, prezidentliyi dövründə Amerikada əvvəlki liderlərdən daha çox iş görməyə nail olub. Donlad Tramp rəqiblərinin daha əvvəl dediklərini də xatırladıb.

“Tramp bizi müharibəyə aparacaq”. Amma əksinə, Şimali Koreya ilə münasibətlər qurmuşuq”, - deyə ABŞ prezidenti bildirib.

Xatırladaq ki, prezident Tramp Şimali Koreyalı həmkarı ilə üç dəfə görüşüb. Bunlar 2018-ci il iyunun 12-də Sinqapurda, 2019-cu il fevralın 27-də Vyetnamın paytaxtı Hanoyda və həmin il iyunun 30-da Cənubi və Şimali Koreyanın sərhədindəki təhlükısizlik zonasında baş verib.

Müşfiq Abdulla
Cebhe.info

Mənbə: cebhe.info