Serj Sarkisyan Aprel döyüşləri vaxtı Ermənistanın itkiləri barədə: “Biz kədərli və qəmli idik”

Serj Sarkisyan Aprel döyüşləri vaxtı Ermənistanın itkiləri barədə: “Biz kədərli və qəmli idik”

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan söz verdiyi kimi ictimaiyyəti maraqlandıran suallara cavab verməyə başlayıb. “Niyə Aprel döyüşləri müharibəsi vaxtı bu qədər həyatlar itirdik?” sualına cavab verərkən sabiq erməni prezident deyib ki, o, hamının həyatını xilas etməyin mümkün olmadığına görə təəssüflənir.

“Düşüncələrim və duyğularım hər bir ailə ilədir. Hərbi əməliyyatlar zamanı itkilərimiz olmayacağını gözləmək real deyil”, - deyə o qeyd edib.

“Aprel döyüşlərindən sonra özünüzü necə hiss etmisiniz?” sualına Serj Sarkisyan belə cavab verib: “Biz kədərli və qəmli idik”.

“Səmimi danışaq: Serj Sarkisyan Aprel müharibəsi haqqında” videolar silsiləsinin ikinci hissəsində Sarkisyan bildirib ki, bunlar 1994-cü ildən bəri ən geniş miqyaslı hərbi əməliyyatlardır.

Sarkisyan qeyd edib ki, onu Aprel döyüşlərini araşdıran parlament komissiyasının iclasına dəvət ediblər.

“Mən getməyə bilməzdim, çünki gizlədəcək tamamilə heç nəyim yoxdur. Komissiya üzvlərinin narahatlıqları haqlı idisə, getməyə, bütün həqiqəti deməyə borclu idim və bu qeydə alınmalı idi. İstintaq komissiyası parlamentə hesabat göndərəndə son nəticəyə gələcəyik, həqiqət və dürüstlük hər şeydən yuxarıda olmalıdır”, - deyə o bildirib.

Alpər Mövlduoğlu
Ordu.az

 

Mənbə: ordu.az