Ukraynanın S-125 raket sistemləri xidmətə qayıdır

Ukraynanın S-125 raket sistemləri xidmətə qayıdır

Ukrayna ordusunun 2013-cü ildə istismardan çıxardığı S-125 raket sistemləri aktiv xidmətə qayıdır. Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Sovet istehsalı olan S-125 raket sisteminin Rusiya ilə sərhədin yaxınlığındakı Xarkov bölgəsində taktiki təlimlərdə iştirak edəcəyi bildirilib.

S-125 siyasi və inzibati mərkəzləri, strateji mülki və hərbi obyektləri rəqibin hava hücumlarının müxtəlif vasitələrindən qorumaq üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az