Ankarada Türkiyə-Azərbaycan həmrəylik konserti təşkil olunub

Ankarada Türkiyə-Azərbaycan həmrəylik konserti təşkil olunub

Ankara, 8 avqust, AZƏRTAC

Türkiyə paytaxtı Ankarada “Azərbaycan həmrəylik gecəsi” devizi altında möhtəşəm konsert təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Ankaranın Keçiörən rayon bələdiyyəsi tərəfindən təşkil olunan proqramda Azərbaycan Xalq artisti Azərin və görkəmli sənətçi Elif Özer musiqisevərləri bir araya gətiriblər.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Keçiörən rayon bələdiyyəsinin sədri Turqut Altınok və Türkiyə Böyük Millət Məclisinin deputatı Zeynep Yıldız rəsmi hissədəki çıxışlarında Azərbaycan-Türkiyə qardaşlığından danışıblar.

Görkəmli sənətçilərin ifaları müsiqisevərlərdə xoş duyğular yaradıb. İfalar hərarətli alqışlarla qarşılanıb. Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən şüarlar səsləndirilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az