“Ölkəmizdə hələ də maskadan istifadənin önəminə şübhə ilə yanaşan xeyli insan var”

“Ölkəmizdə hələ də maskadan istifadənin önəminə şübhə ilə yanaşan xeyli insan var”

Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) tərəfindən 7-14 avqust maska taxılması həftəsi elan olunub.

Maraqlıdır, insanlarımaska taxmağa təşviq etmək məqsədi ilə atılan bu addım, bir daha maska və bu kimi vasitələrin koronaviruslamübarizədə həlledici rol oynadığını, bu qaydalara hər kəs tərəfindən əməl edilməsininvacibliyini göstərmirmi?

Moderator.az-a açıqlamaverən professor Adil Qeybulla maskadan istifadənin önəminə diqqət çəkdi:

“ÜST-ün bu addımı hərşeydən öncə rəmzi-simvolik məna daşıyır və şübhəsiz ki, məqsəd insanlararasında maskadan istifadənin vacibliyini təbliğ etməkdir.

Qeyd edim ki, bəzi ölkələrdəmaskadan istiafdə etmək ənənəsi var. Yaponiyada, bəzi Avropa ölkələrində soyuqdəyməsiolan insanlar koronavirusdan öncə də maskadan istifadə ediblər. Lakin təəssüfki, ölkəmizdə hələ də insanları maskadan istifadənin vacibliyinə tam inandırabilməmişik. Ölkəmizdə hələ də maskadan istifadənin mahiyyətini anlamayan, onunönəminə şübhə ilə yanaşan xeyli insan var.

Lakin bunu da qeyd etməklazımdır ki, insanların önəmli bir hissəsi də xeyli müsbət vərdişlərə yiyələnib.Onlarda maskadan və digər dezinfeksiyaedici məhlullardan istifadə vərdişiformalaşıb. Bu isə gələcəkdə pandemiya və digər hallarda cəmiyyətin daha çevikreaksiyasını təmin etmək baxımından vacibdir”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az