Belarus-Rusiya münasibətlərini kim gərginləşdirir? – Səfir

Belarus-Rusiya münasibətlərini kim gərginləşdirir? – Səfir

Belarusla Rusiyanın münasibətlərinin gərginləşməsinə cəhdlər edən üçüncü ölkənin olmasına dair konkret faktlar var.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Belarusdakı səfiri Dmitri Mezençev deyib.

“Bizdə dəqiq faktlar var ki, üçüncü ölkələr Rusiya ilə Belarusun münasibətlərinin gərginləşdirmək üçün provokasiyalara hazırdırlar. Rusiya İstintaq Komitəsinin əməkdaşları tərəfdaşları ilə qarşılıqlı fəaliyyətə hazırdırlar. Onlar əmindirlər ki, belə iş nəticəsində Rusiyanın bu provokativ səhnədə iştirakçı olmadığını sübut edən faktlar təqdim edəcəklər”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Belarusda Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin 33 döyüşçüsü saxalanılıb. Onların ölkədə çevriliş etmək istədikləri iddia edilir.

Mənbə: axar.az