Prezidentin köməkçisi: “Vaxt gələcək pandemiya ilə bağlı nəvələrimizə danışacağıq”

Prezidentin köməkçisi: “Vaxt gələcək pandemiya ilə bağlı nəvələrimizə danışacağıq”

8 Avqust 2020, 12:27 | AKTUAL

Prezidentin köməkçisi: “Vaxt gələcək pandemiya ilə bağlı nəvələrimizə danışacağıq”

Sonuncu belə pandemiya 1918-ci ildə yaşanıb. Mən əminəm ki, cənab Prezidentin və vitse-prezidentin dəstəyilə biz bu virusa qalib gələcəyik.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov deyib ki, vaxt gələcək bu pandemiya ilə bağlı nəvələrimizə, yaxınlarımıza danışacağıq:

"Amma o günlər üçün bu gün birlik, bərabərlik nümayiş etdirməliyik".

Mənbə: modern.az