"Çalışaq ki, ailəmizi, ölkəmizi qoruyaq, bu qədər çəkilən zəhməti bada verməyək..."

"Çalışaq ki, ailəmizi, ölkəmizi qoruyaq, bu qədər çəkilən zəhməti bada verməyək..."

“Düşünürəm ki, vətəndaşlarımız özləri öz talelərinə laqeyd qalmamalıdır və bu yumşalmaları həyatın bütün sahələrinə tətdbiq etməməlidir”

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. Millət vəkili insanlarımızın yumşalmalar olsa belə maska taxmalarının, gigiyenik qaydalara əməl etmələrinin və məsafə saxlamalarının vacib olduğunun bildirib:

“Son günlər görülən bütün tədbirlərin nəticəsində virusa yoluxanların sayında azalmalar oldu və hökumət də yumşalmalara getdi. Amma düşünürəm ki, bu yumşalmalardan rahatlanmamalı, sui-istifadə etməməliyik. Çünki bunun narahat, həyəcanlı nəticəsini bir neçə ay əvvəl gördük. Yəni yumşalmalardan sonra həmin vaxt həm virusa yoluxanların, həm də ölənlərin sayı artdı. Ona görə də düşünürəm ki, vətəndaşlarımız özləri öz talelərinə laqeyd qalmamalıdır və bu yumşalmaları həyatın bütün sahələrinə tətbiq etməməlidirlər. Təbii ki, işinə gedə, gündəlik həyatını davam edə bilərlər. Amma qarşımıza qoyulan üç əhəmiyyətli tələbi unutmamalıdırlar. Yəni bu xəstəliklə proflaktik cəhətdən mübarizə aparmağın çox sadə yolu var ki, maska taxmaq, gigiyenaya əməl etmək və məsafə saxlamaq lazımdır. Biz bunu mütləq edərək həyatımıza davam edə bilərik. Çalışaq ki, ailəmizi, ölkəmizi qoruyaq, bu qədər çəkilən zəhməti bada verməyək.

Burdan hər bir oxucuya müraciət edərək bildirmək istəyirəm ki, bu həqiqətən də gəlişinin hardan gəldiyi, səbəbinin nə olduğu və nəylə nəticələnəcəyi bəlli olmayan bir virusdur. Heç kimi qorxutmaq istəmirəm, amma qarşıdan payız gəlir. Ümumiyyətlə, məntiq də onu göstərir ki, payız aylarında bu cür xəstəliklər artır. Buna hazır olaq ki, günümüzü rahat keçirək. Həqiqətən də insan bu virusu öz yaxınında görmədiyi müddətcə buna inanmaya bilir, amma başına gələndə başa düşür ki, həqiqətən də gözlənilməz və hər şeyə səbəb ola biləcək bir xəstəlikdir. Bunu gözümlə görən və yaxınında yaşayan insan kimi demək istəyirəm ki, bir anın içində hər şey olur və həyat tamamilə dəyişə bilir. Ona görə də insanlarımız diqqətli olsunlar, dövlətimizin böyük zəhmətindən faydalansınlar və özlərini qorusunlar”.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az