"Taliban" silahları haradan aldığını açıqladı

"Taliban" silahları haradan aldığını açıqladı

Eastnews.org-un verdiyi xəbərə görə, "Taliban" Rusiya və bölgənin digər ölkələri ilə hərbi əlaqələr yox, yalnız siyasi əlaqələr saxladığını və hərəkatın silahları Əfqanıstan ordusundan aldığını bildirib.

Bu barədə "RİA Novosti"yə telefonla verdiyi açıqlamada hərəkatın siyasi nümayəndəliyinin rəsmi təmsilçisi Suheyl Şahin bildirib.

"Siyasi nümayəndəliyimiz (Dohada - red.) həm Rusiya ilə, həm qonşu ölkələrlə, həm də regionla münasibətlər saxlayır. Lakin yalnız siyasi səviyyədə. Biz hərbi münasibətlərdən danışmırıq və bu cür mülahizələri qəti şəkildə rədd edirik. Onlar, həmçinin sülh müqaviləsini pozma kampaniyasının bir hissəsi də ola bilərlər", - deyə Şahin söyləyib.

"Taliban" rəsmisi eyni zamanda Rusiyanın əfqanlar arası tənzimlənmədə rolunu yüksək qiymətləndirib.

"İnanıram ki, Rusiyanın bu məsələdəki rolu çox vacibdir. Keçmişdə də mühüm rol oynayıb, o zaman ki Moskvada əfqanlar arası görüş keçirtdi. Biz orada ilk dəfə idik", - Şahin deyib.

"Əlimizdə olan silahlara gəldikdə, Əfqanıstanda silah ehtiyatlarımız var. Həmçinin Kabil administrasiyasından da - ordudan da silah alırıq. Necəsə onların yüz minlərlə silahının itdiyi və ya oğurlandığını bildirən məlumatlar ortaya çıxmışdı. Bax həmin silahları onlardan biz aldıq. Bəzisini (döyüş zamanı - red.) ələ keçirtdik. Buna görə də çox döyüş sursatımız var. Bütün bunları Kabil rəhbərliyindən aldıq", - deyə Şahin aydınlıq gətirib.

"Taliban" rəsmisi məlumat mübadiləsi üçün ABŞ ilə hərbi rabitə kanalı qurduqlarını söyləyib.

Şahin "İndi bizim hərbçilər üçün bir rabitə kanalımız var və hər hansı bir pozuntu baş verərsə, onlara (Amerika tərəfinə) məlumat veririk, bəyanatlar göndəririk, onlar da bu cür edirlər", - deyib.

Mənbə: RİA

Mənbə: eastnews.org