Təl-Əvivdə Azərbaycan Ordusuna dəstək yürüşü keçiriləcək - VİDEO

Təl-Əvivdə Azərbaycan Ordusuna dəstək yürüşü keçiriləcək - VİDEO

Avqustun 9-u İsraildə Təl-Əvivdə Azərbaycana və Azərbaycan Ordusuna dəstək yürüşü və nümayişi keçiriləcək. Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut "Facebook"da bildirib.

"Bu böyük Azərbaycan günü olacaq və İsraildə Azərbaycan diaspora hərəkatının səfərbər olunmasında böyük və önəmli bir addımdır. Eyni zamanda bu tədbir dinc xarakter daşayır və İsrail Dövlətinin qanunları çərçivəsində həyata keçiriləcək. Bu Azərbaycana və Azərbaycan Ordusuna dəstək yürüşü və nümayişi İsrail polisi tərəfindən təhlükəsizlik təminatı verilib.

Biz fəxr edirik ki, Azərbaycanda – bizim üçün Ana Vətən olan bu bərəkətli torpaqda anadan olmuşuq. Biz bütün dünyaya və ən başlıcası erməni işğalçılarına tam məsuliyyət hissi ilə bildiririk ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm də bizim faciəmiz və ağrı-acımızdır, çünki həqiqət Azərbaycanın tərəfindədir. İşğalçılara qarşı bu dəhşətli müharibədə yəhudilər də, azərbaycanlılar da həmişə eyni cəbhədə çıxış ediblər.

İsrail həmişə Azərbaycana böyük diqqət və səmimiyyətə yanaşıb. Bu heç də Azərbaycanda antisemitizmin heç vaxt olmaması ilə bağlı deyildir. Rəsmi Bakı başqa ölkələrdə hər hansı antisemitizm təzahürünü dəfələrlə pisləyib və pisləməkdədir. İsrail isə dəfələrlə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır".

EDNews.net

Mənbə: ednews.net