"Virusa yoluxan həkimlər və tibb işçiləri bu xəstəliyi daha ağır formada keçirdilər"-Yaqut Qarayeva

"Virusa yoluxan həkimlər və tibb işçiləri bu xəstəliyi daha ağır formada keçirdilər"-Yaqut Qarayeva

"Həkimlər xəstələrlə çox təmasda olduqları üçün bu baxımdan virusa yoluxan həkimlər və tibb işçiləri bu xəstəliyi daha ağır formada keçirdilər".

Sonxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Yaqut Qarayev, "Həkimlər xəstələrlə çox təmasda olduqları üçün yoluxan həkimlər və ya tibb işçiləri bu xəstəliyi daha ağır keçirdilər. Bu baxımdan biz çalışırıq ki, virusa yoluxmuş tibb işçilərinə daha çox diqqət yetirək və nəzarətdə saxlıyaq. Bu günə qədər virusa yoluxan həkimlərin müalicəsi TƏBİB və dövlət tərəfindən izlənilir."- deyə qeyd edib.

Türkay Həsənli


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az