“Səlahiyyətli şəxslər öz bəyanatları ilə Azərbaycanı hərbi əməliyyatları yenidən başlatmağa təhrik edirlər” – Balasanyan

“Səlahiyyətli şəxslər öz bəyanatları ilə Azərbaycanı hərbi əməliyyatları yenidən başlatmağa təhrik edirlər” – Balasanyan

“Ermənistanın səlahiyyətli şəxsləri öz məsuliyyətsiz bəyanatları ilə, reallıqdan uzaq və saxta ittihamlarla Azərbaycanın hərbi-siyasi rəhbərliyini geniş miqyaslı hərbi əməliyyatları yenidən başlatmağa təhrik edərək artıq Ermənistan və Qarabağın (qondarma qurum – red.) təhlükəsizliyinə qarşı təhdidə çevrilirlər”. Ordu.az xəbər verir ki, bunu öz “Facebook” səhifəsində qondarma qurumun “təhlükəsizlik şurasının keçmiş katibi”, general Vitali Balasanyan yazıb.
“Artıq uzun müddətdir ki, Ermənistanın icra və qanunverici hakimiyyətlərinin bəzi yüksək vəzifəli şəxsləri, onlara xidmət edən qüvvələr Ermənistan və Qarabağ sakinlərini parçalayırlar, onları qaralara və ağlara, inqilabçılara və əks-inqilabçılara, yenilərə və köhnələrə bölürlər”, - deyə Balasanyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az