ABŞ-ın bombardman təyyarəsi Rusiya sərhədlərində - Qırıcılar havaya qalxdı

ABŞ-ın bombardman təyyarəsi Rusiya sərhədlərində - Qırıcılar havaya qalxdı

ABŞ Hərbi Hava Qüvvələrinə aid B-1B strateji bombardman təyyarəsi Oxot dənizinin hava məkanında Rusiya sərhədlərinə yaxınlaşıb.

Publika.az xəbər verir ki, Rusiyanın Şərq Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinə aid 3 ədəd Su-35S döyüş təyyarəsi dərhal bombardman təyyarəsini müşayiət etməyə başlayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ təyyarəsini yerli vaxtla 12:00 radələrində hava nəzarət cihazları təsbit edib.

Mənbə: publika.az