Qardaşının meytini görəndə ŞOK oldu

Qardaşının meytini görəndə ŞOK oldu

Türkiyədə qardaşını görməyə gedən kişi dəhşətli anlar yaşayıb.

Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antaliyada tək yaşayan 42 yaşlı Adəm Şevikin meyiti qardaşı tərəfindən tapılıb.

Belə ki, Adım Şevikin qardaşı Əli Şevik axşam saatlarında onu ziyarət etmək üçün evinə gedib.

Qardaşını otaqda hərəkətsiz halda görən Əli Şevik polisə və təcili yardıma xəbər verib.

Hadisə yerinə gələn təcili tibbi yardımın həkimləri Adəm Şevikin bir neçə gün öncə öldüyünü bildirib. Bundan əlavə Adəm Şevikin başında yara izi olduğu və havaların isti keçdiyi üçün onun meyitinin şişdiyini də qeyd ediblər.

Adəm Şevikin nədən ölməsini müəyyənləşdirmək üçün onun meyiti Antaliya Məhkəmə Espertiza Mərkəzinə aparılıb.

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az