Rusiyada Covid-19-a yoluxma sayı REKORD artdı

Rusiyada Covid-19-a yoluxma sayı REKORD artdı

Rusiyada koronavirusa yoluxanların sayı 882 min 347-ə yüksəlib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Koronavirus İnfeksiyaya Nəzarət və Qarşısının alınması Mərkəzinin verdiyi açıqlamaya görə son bir gündə ölkədə ölənlərin sayı 129 nəfər artaraq 14 min 854-ə yüksəlib. Sağalanlar sayı isə 6 min 615 artaraq 690 min 207-ə çatıb.

Qeyd edilib ki, ölkə daxilində yoluxanların 25,6 faizində heç bir simptom görülməyib.

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az