Mayis Səfərli: “Dövlətimiz daim şəhid adını yüksək tutur”

Mayis Səfərli: “Dövlətimiz daim şəhid adını yüksək tutur”

"Azərbaycan müharibə şəraitində olan bir dövlətdir. Ölkəmiz hələ müstəqilliyinə qovuşmazdan əvvəl ermənilər öz havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməyə başladılar. Silahsız, əliyalın həmvətənlərimiz kəndlərimizi, qəsəbələrimizi qorumaq üçün könüllü dəstələr yaradır, təpədən dırnağa qədər silahlanmış ermənilərlə mübarizəyə girişirlər. Elə o vaxtdan xalqımız düşmənlə döyüşlərdə şəhidlər verməyə başlamışlar". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Sədərlinin sözlərinə görə, müstəqilliyimiz və ərazi bütövlüyümüz, konstitusiya quruluşunun müdafiəsi uğrunda öz həyatlarını qurban vermiş vətən övladlarının sayı minlərlədir: "Elə bu günlərdə Tovuzla sərhəddə Ermənistanın ölkəmizə qarşı növbəti işğalının qarşısını alarkən başda qəhrəman generalımız Polad Həşimov olmaqla 11 əsgər və zabitimizin şəhid verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Dövlətimiz şəhid adını yüksək tutur. Hər bir şəhidin xatirəsi əbədiləşdirilir, onların övladları, ailə üzvləri, valideynləri dövlət qayğısı ilə əhatə olunur. Şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli Prezident Ilham Əliyevin fəaliyyətində əsas aparıcı yerlərdən birini tutur. Avqustun 6 - da Prezident Ilham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial - iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədəki çıxışında bir daha bunu vurğulamışdı. Pandemiya dövrü olmasına baxmayaraq, bütün sosial proqramlar kimi, Azərbaycanın ərazi bütövlüyü, müsyəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə həlak olmuş, əlil düşmüş vətəndaşlarımızın ailələtinin problemləri də vaxtlı- vaxtında həll edilir".

Onun sözlərinə görə, bu günlərdə Prezident İlham Əliyev və Birinci Vitse Prezident Mehriban xanım Əliyeva Bakının Xətai rayonunda yüzlərlə şəhid ailələrinə və müharibə əlillərinə mənzillər və avtomobillər təqdim etdilər:"Dövlət başçısı həmin tədbirdəki çıxışında bildirmişdir ki, onun tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda 1500 sayda mənzil və fərdi ev verilməsi nəzərdə tutulur. Yeri gəlmişkən, 554 mənzil artıq sahiblərinə təqdim edilibdir. Ümumiyyətlə, indiyə qədər şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilmişdir. Ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulan 6900 şəxsə minik avtomobilləri hədiyyə edilmişdir. Göründüyü kimi, dövlətimizin bu problemlərə münasibəti yüksəkdir və heç bir ekstremal şərait şəhid ailələrinə, müharibə əlillərinə dövlət qayğısını bir an da olsa belə azaltmır".

 

Mənbə: olaylar.az