“Facebook”da Razi Nurullayevə qarşı kampaniya başladılıb: Saxta şərh

“Facebook”da Razi Nurullayevə qarşı kampaniya başladılıb: Saxta şərh

“Facebook” sosial şəbəkəsində Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayevə qarşı kampaniya başladılıb.

Cebhe.info xəbər verir ki, sosial şəbəkədə Razi Nurullayevin adından saxta şərh paylaşıb. “Xeber Press” səhifəsinin paylaşımının altında isə millət vəkilinə təhqir, böhtan dolu şərhlər yazılır.

Razi Nurullayev bu kapmaniyanı təşkil edənlərə özünün “Facebook” səhifəsində cavab verib:

“Ay bədbəxtlər, bu şər-böhtana görə Allah sizi cəzalandıracaq. Şər-böhtan yazanlar və onu sifariş verən oğrular elə erməni kimi hərəkət edirlər. Erməni ilə qohumluğunuzu yoxlayın, qan analizi verin, antropoloji quruluşunuzu öyrənin”.

Millət vəkili “Quran”dakı Əl-Əhzab surəsi, 58-ci ayədən sitata gətirib:

“"Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!" Yerinizin cəhənnəm olacağından qorxun!”

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info