“Cənubi Qafqazda böyük partlayış…” – Medvedevdən şok iddia

“Cənubi Qafqazda böyük partlayış…” – Medvedevdən şok iddia

“Cənubi Qafqazın barıt çəlləyinə çevrilməsinə icazə vermək tamamilə qəbuledilməz idi”.

Teleqraf.com xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası rəisinin müavini, “Vahid Rusiya” partiyasının lideri Dmitri Medvedev 2008-ci ildə Abxaziya və Cənubi Osetiyanı müdafiə etmək qərarından danışarkən belə deyib.

“Bu gün ölkəmizin Gürcüstanın o zamankı prezidentinin (Mixail Saakaşvili) cinayətkar davranışlarına reaksiya verməsindən 12 il keçir. Buna görə də çətin, amma yeganə mümkün qərarı verdim - əvvəlcə onları Abxaziya və Cənubi Osetiya üçün ayağa qalxmaq, onları təcavüzdən qorumaq, sonra öz vətəndaşlarının istəyi ilə müstəqilliklərini tanımaq. Əks təqdirdə Cənubi Qafqaz, qonşu dövlətlərdə davamlı sülhün qorunmasını müdafiə edən Rusiya üçün tamamilə qəbuledilməz olan bir barıt çəlləyinə çevriləcəkdi”, - Medvedev bildirib.

O vurğulayıb ki, Rusiya həmişə qonşu ölkələrdə sabitliyin tərəfdarıdır və eyni zamanda öz vətəndaşlarına hücumlara heç vaxt imkan verməyəcək: “Həm ölkəmizdə, həm də bütün dünyada sabitliyi və təhlükəsizliyi təmin etmək üçün bizim cavabımız hər zaman mövcud olan vəziyyətə tamamilə uyğun olacaq”.

O, Rusiyanın 12 il əvvəl Cənubi Qafqazda böyük partlayışın qarşısını aldığını iddia edib.

 

Mənbə: teleqraf.com