Mühacirət və doğumun azalması: Ermənilər Qarabağda əsgər çatışmazlığı ilə üzləşib

Mühacirət və doğumun azalması: Ermənilər Qarabağda əsgər çatışmazlığı ilə üzləşib

Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilən Ermənistan ordusu ciddi əsgər çatışmazlığı ilə üzləşib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qarabağda müqavilə əsasında xidmət üçün müsabiqə elan olunub. İşğal altındakı torpaqlarda minaaxtaran, snayper, artilleriyaçı, sürücü, pulemyotçu və s. üzrə hərbçilərin qəbulu elan olunub. Əsgər çatışmazlığı

Yeganə şərt həmin şəxslərin 40 yaşa qədər olmalarıdır.

Əsgər çatışmazlığı Ermənistandakı dərin demoqrafik problemlər – doğumun kəskin azalması və kütləvi mühacirətlə bağlıdır. Bu səbəblərdən ildən-ilə hərbi xidmətə çağırılan şəxslərin sayı azalır.

 

 

 

 

 

 

Mənbə: modern.az