Belarusiyada prezident seçkiləri keçiriləcək

Belarusiyada prezident seçkiləri keçiriləcək

Belarusiya prezidenti Aleksandr Lukaşenkanın səlahiyyət müddəti başa çatdığına görə xalq sabah ölkədə prezident seçkisi üçün məntəqələrə səsverməyə gedəcək.

Sonxeber.az Belarusiya Mərkəzi Seçki Komissiyasının məlumatlarına istindən xəbər verir ki, seçkilər 5 677 seçki qutusu üzrə aparılacaq.

Seçkiləri 248 xarici müşahidəçi izləyəcək.

Belarusiya qanununa görə, seçici siyahısındakı vətəndaşların yarıdan çoxu səsvermədə iştirak edərsə və çoxu lehinə səs verərsə, namizəd seçilmiş sayılır.

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az