Lukaşenko virusa qəsdən yoluxdurulduğunu bildirib

Lukaşenko virusa qəsdən yoluxdurulduğunu bildirib

Ötən ilin iyul ayında koronavirusa yoluxduğunu elan edən Belarusiya Prezidenti Lukaşenko son müsahibəsində virusun ona qəsdən yoluxdurulduğunu deyib.

Modern.az xəbər verir ki, xəstəliyi simptomsuz keçirən Belarusiya Prezidenti Aleksandr Lukaşenko, ukraynalı jurnalist Dmitriy Qordon-a verdiyi müsahibədə, virusun ona qəsdən ötürüldüyünü söyləyərək, "Xəstə olduğumu bilmirdim və ağlımın ucundan belə keçirə bilməzdim, çünki daim qaça-qaç içərisindəyəm" deyib.

O, həmçinin, ölkəsinin heç vaxt koronavirusun mövcudluğunu inkar etmədiyini və epidemiyaya əvvəldən "böyük qayğı" ilə yanaşdıqlarını da ifadə edib.

Qeyd edək ki, ilk zamanlar koronavirus epidemiyasına qarşı görülən tədbirlərin şişirdilməməsi lazım olduğunu deyən və epidemiya səbəbiylə sərhədlərin bağlanmasını "axmaq" adlandıran Belarusiya Prezidenti Aleksandr Lukashenko, iyul ayında virusa yoluxduğunu açıqlamışdı.

 

Nərgiz HƏSƏN

Mənbə: modern.az