Deputat: “Xalqın narazıçılığı Prezidentin yürütdüyü siyasətini yerinə yetirə bilməyən məmurlardandır”.

Deputat: “Xalqın narazıçılığı Prezidentin yürütdüyü siyasətini yerinə yetirə bilməyən məmurlardandır”.

“Xalqın narazıçılığı ancaq yerli icra hakimiyyət orqanlarının fəaliyyətsizliyindən, problemlərin həllinə diqqətsizliyindəndi, işlərini düzgün qurmamasındandır. Var-dövlət toplamaq hələ xoşbəxtlik deyil. Halallıqla toplanmayan, yetimin haqqı ilə toplanan var-dövlət məmurun ailəsinə xoşbəxtlik deyil, bədbəxtçilik gətirib. O var-dövlətdən xeyir görə bilməzsən. Bu mümkün deyil. Hə yığ. Nə olsun. Yeyə bilərsən?! Yox!” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında iyulun 23-də su təsərrüfatında yaranmış vəziyyət, istərsə də, avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirə cəmiyyətdə ciddi rezonansa səbəb olub.

Millət vəkili Cavanşir Paşazadə “Ölkə.Az”a müashibəsində cənab Prezidentin koronavirusla mübarizə sahəsində görülən tədbirlər, sosial-iqtisadi vəziyyət və ölkədəki mövcud su problemi ilə bağlı mövqeyini açıqlayıb.

-Cavanşir müəllim, ilk olaraq su problemi ilə bağlı yaranmış durumla bağlı mövqeyinizi bilmək istərdik. Bildiyiniz kimi son illərdə respublikada ciddi su problemi yaşanmaqdadır, ancaq bu il bu problem özünü daha qabarıq formada üzə çıxıb. Baxmayaraq ki, ölkə başçısı bu sahəyə xüsusi diqqət gösərib və xüsusi layihələr icra olunub. Lakin problem həllini tapmayıb. Nəticədə Prezident bu məsələ ilə bağlı xüsusi müşavirə keçirdi və ardınca problemin həlli istiqamətində xüsusi Sərəncam imzaladı. Ölkədə yaranan su problemini səbəbləri və bu sahəyə rəhbərlik edən qurumlaırn gördüyü işi necə qiymətləndirirsiniz? Bir millət vəkili kimi təmsil etdiyiniz Cənub bölgəsində bu problemi hansı səviyyədədir?
- Su problemi ilə bağlı Milli Məclisdə dəfələrlə çıxış edib məsələnin ciddiliyini hökumətin diqqətinə çatdırmışam. Xüsusən də Cənub bölgəsindəki vəziyyət, Xəzər dənizində suyun səviyyəsinin artması nəticəsində Lənkəranda çayçılıq və kənd təsərrüfatının digər sahələrinə vurduğu ziyan, suvarma sahəsində olan problemlər barədə çıxışlarım olub. Çünki Xəzər dənizinin səviyyəsinin artması nəticəsində şor dəniz suyu yeraltı sulara qarşımaqla ağaclara və kənd təsərrüfatı sahəsinə ciddi ziyan vurur. Bu məsələni dəfələrlə qaldırmışam. Ancaq nəticəsi olmayıb. Su problemi respulikanın digər bölgələrində də mövcud olduğundan cənab Prezident məsələyə ciddi reaksiya verib, məsələnin həlli ilə bağlı xüsusi müşavirə keçirdi. Bir şeyi qeyd edim ki, hələ bir neçə il öncə ölkədə elektrik enerjisi ilə bağlı problem ortaya çıxanda ölkə başçısı bu sahəyə cavabdehlik daşıyan müvafiq qurumların rəhbərlərinə ciddi iradını bildirdi və onları işlərində yol verdiyi səhlənkarlığa görə cəzalandırdı. Tutduğu vəzifədən azad etdi. Bundan sonra həmin sahədə ciddi dönüş yarandı və problem həllini tapdı.
Cənab Prezident digər sahələrdə olduğu kimi ölkədə su təchizatının təmin olunması ilə əlaqədar olaraq çoxsaylı proqramlar qəbul edib və bu layihələrin icrası üçün büdcədən də yetərincə vəsait ayırıb. Ancaq təəssüflər olsun ki, bu sahəyə rəhbərlik edən və ölkə başçısının bu sahədə yürütdüyü siyasəti icra edənlər işlərini düzgün qurmadığından, laqeyd yanaşdığından ciddi problemlər yaranıb. Biz bunu ölkə başçısının iyulun 23-də keçirdiyi müşavirədə bir daha aydın gördük. Cənab Prezident bu sahəyə rəhbərlik edən şəxslərə suallar ünvanlasa da, həmin şəxslər sualları cavablandıra bilmədi. Bəlli oldu ki, bu sahəyə rəhbərlik edənlər işlərini düzgün qura bilmədiyindən bu gün belə bir ciddi problem ortaya çıxıb. Odur ki, ölkə başçısı bu sahəyə rəhbərlik edənlərə öz iradlarını bildirməklə yanaşı, problemin həllinin qısa zamanda aradan qaldırılması üçün xüsusi tapşırıqlar verdi. Bunun ardınca xüsusi Sərəncam imzaladı. Hesab edirəm ki, cənab Prezidentin birbaşa nəzarəti altında bu sahədəki problemlər qarşıdakı yaxın illərdə öz həllini tapacaq.
Su problemi Cənub bölgəsində də var və hesab edirəm ki, imzalanmış Sərəncamdakı tədbrilər planı çərçivəsində bölgənin su problemi də həll olunacaq.
Bura arada bir məqamı qeyd etmək istərdim. SSRİ dövründə Azərbaycanda melorasiya və irriqasiya səhəsində çox böyük işlər görülmüşdü. O zaman respublikaya rəhbərlik edən ümummili lider Heydər Əliyevin dövründə elə bir yer yox idi ki, ora su kanalı, kollektor çəkilməsin, orada sus tutarı, su anbarı tikilməsin. Bu o yerlər idi ki, oralarda ilan mələyirdi.Gedib indi o yerlərə baxaq, görək onlardan biri qalıbmı? Yox! Əsər-əlamət yoxdu belə...
Yerli icra hakimiyyətlərinin diqqətsizliyi və qayğısızlığı nəticəsində həmin kanallar, irriqasiya sistemləri məhv oldu. Bu faktdır. Sənədlər var, qaldırıb baxaq. Amma təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində bu sahə məhv edildi.Odur ki, bu sahəyə xüsusi diqqət yetirilməlidir.
İndi mövcud olan bəzi su anbarları və ya su tutarlarının əksəriyyəti 50-60 il bundan əvvəl inşa olunub. Bu müddət ərzində onların dibi gil, palçıqla dolub. Amma onların heç birinin dibi təmizlənməyib. O baxımdan da həmin su tutarlarında su az olduğundan ciddi problemlər ortaya çıxır. Lazımi qurumlara hesabat xatirinə göstərirlər ki, həmin su anbarları doludur. Yoxlanılsa bəlli olar ki, oradakı suyun dərinliyi sənəddə nəzərdə tutulduğu kimi 8-10 metr yox, 50 sm bir metr arasında dəyişir. İndiyədək heç bir iş görməyiblər. Sual oluna bilər ki, bu sahəyə rəhbərlik edənlər suyu məgər fermerə, əhaliyə pulsuz satıblar? Yox! Onu da qeyd edim ki, suyu heç də ucuz qiymətə satmayıblar. Baha satıblar. Amma bunun müqabilində heç bir iş görülməyib.
Cənab Prezident hətta çıxışlarının birində məsələyə toxunaraq bildirmişdi ki, imkanlı adamlara su verilir, imkansızlar verilmir. Bu təbəqədən olan insanlarında əli təsərrüfatdan soyuyur. Torpaqları əkib-becərmirlər.
Yeri düşmükən bir məsələyə də toxunmaq istəyirəm. Deputat olaraq seçicilərlə görüşəndə onlar birmənalı olaraq cənab Prezidentin yürütdüyü siyasəti dəstəklədiklərini bəyan edirlər. Onların narazıçılığı ancaq yerli icra hakimiyyət orqanlarının fəaliyyətsizliyindən, işlərini düzgün qurmamasından, problemlərin həllinə diqqətsizliyindəndir. Yerli icra hakimiyyəti orqanları və adiyyatı qurumlar Prezidentin yürütdüyü siyasəti yerlərdə düzgün icra etmədəyindən belə bir narazıçılıq yaranır.
Hesab edirəm ki, əhalinin üzləşdiyi problemlərin 80 faizini yerindəcə həll etmək olar, ancaq onu həll edən yoxdur. Bu narazıçılıq da nəticə etibarı ilə hökumətə və ölkə başçısına yönəlir.
Cənab Prezidentin 2020-ci ilin martın 10-da Milli Məclisdə çıxışında xalqa və deputatlara müraciət edərək bildirdi ki, baş verən qanunsuzluqlarla bağlı ona məlumat verilsin. Bundan əlavə olaraq cənab Prezident çıxışlarında mütəmadi olaraq üzünü məmurlara xalqın xidmətçisi olmağı ciddi tapşırır. Amma bəzi məmurlar ölkə başçısının bu tövsiyyələrindən hələ də nəticə çıxarmır və fəaliyyətlərində dönüş etmək istəmirlər. Demək bu kadrlar yerində deyil. Xalq da bunu görür. Cənab Prezidentin siyasətini layiqincə icra etməyən bəzi RİH başçıları və digər məmurların həbs olunması, cəzalandırılması bunlara hələ də dərs olmayıb. Ona görə də öz qanunsuz fəaliyyətlərini davam etdirir, xalqın probleminə diqqətlə yanaşmır. Ölkə başçısının yürütdüyü siyasəti yerlərdə icra edə bilmir. Nə qədər gec deyil bunlardan nəticə çıxarmaq lazımdır. Onsuz da pandemiya dünyanı dəyişəcək.
Özlərini dəyişməyənlər baxıb görsünlər ki, həbs olunanların aqibəti necə oldu?
Digər bir məqam var-dövlət toplamaq hələ xoşbəxtlik deyil. Halallıqla toplanmayan, yetimin haqqı ilə toplanan var-dövlət məmurun ailəsinə xoşbəxtlik deyil, bədbəxtçilik gətirib. O var-dövlətdən xeyir görə bilməzsən. Bu mümkün deyil. Hə yığ. Nə olsun. Yeyə bilərsən?! Yox! Odur ki, nəticə çıxarıb xalqın xidmətində durmaq lazımdır.


-Cavanşir müəllim pandemiya ilə bağlı dövlətinin bu istiqamıətdə yürütdüyü siyasəti necə qiymətləndirirsiniz?
-Hələ pandemiyanın başladığı ilk dövrlərdə Azərbaycanın koronavirusdan daha az itki ilə çıxmaq, virusun qarşısının alınması istiqamətində cənab Prezidentin tapşırığı əsasında addımlar atılaraq təxirəsalınmaz işlər görüldü. Məhz vaxtında görülən təxirəsalınmaz işlərin nəticəsidir ki, bu gün Azərbaycan pandemiyaya qarşı mübarizədə dünyada birincilər sırasındadır. Cənab Prezidentin əsas məqsədi vətəndaşların sağlamlığının qorunması və daha az itki ilə çıxmaq üçün bütün zəriri işlər görüldü. Bu işlər bu gün də davam etməkdədir. Ölkə başçısının tapşırığına əsasən zəruri tibbi ləvazimatlar, avadanlıqlar alınaraq ölkəyə gətirildi. Xəstələrin yerləşdiirlməsi üçün yeni xətəxanlar tikilməyə başlaıd və qısa zamanda artıq 9 belə yeni tipli modul xəstəxanalar tikilib istifadəyə verilib. Xəsətələri müalicə emtək üçün xarici ölkələrdən peşəkar həkimlər dəvət edilib. Həyata keçirilən bütün bu zəruri addımlar nəticəsində vəziyyətə nəzarətə götürüldü və insanlaırn virusa yoluxma sayənda azalma müşahidə olunmaqdadır. Bütün bunlar həyata keçirilən düzgün siaysətin nəticəsində mümkün olub.
Bütün bunlar heç də asan başa gəlmədi. Çətinliklər bu gün də var.
Biz də bir millət vəkili olaraq yerlərdə olub, seçicilərlər görüşürük, maarifləndirmə və izahat işləri aparırıq. Çünki xəstəlik təhlükəszi tam aradan qalxmayıb və bu davam edir. Ümuid edirəm ki, xalqımızın birgə səyi ilə tövsiyyələrə əməl etməklə bu bəladan tezliklə xilas ola biləcəyik.
Cənab Prezidentin pandemiya dövründə diqqət yetirdiyi ikinci əsas məsələ ölkə iqtisadiyyatına təsirləri minimuma endirmək, iqtisadi aktivliyi qoruyub saxlamaq olub. Bununla bağlı ilk olaraq onu qeyd edim ki, cənab Prezidentin 2023-cü ilədək müəyyən etdiyi Strateji Yol Xəritəsi çərçivəsində görülən işlər qlobal pandemiya dövründə iqtisadi cəhətdən geriqalmalara imkan vermədi və ölkə iqtisadiyyatına ciddi təsir etmədi. Bunun bariz ümunəsi olaraq deyə bilərəm ki, biz pandemiya dövründə cənab Prezidentin demək olar hər həftə respublikanın ən müxtəlif bögələrinə səfər edərək , orada sosial-iqtisadi obyektlərin, istehsal müəssislərinin, yol və digər infrastruktur layihələrinin açılışında iştirakına şahidlik edirik.
-Cavanşir müəllim, karantin rejimin uzadılması, xüsusən də vətəndaşların regionlara gediş-gəlişinə icazə verilməməsi insanlarda narazıçılıq yaradır. Siz necə düşünürsünüz, bu məhuddiyyətin aradan qaldırılma vaxtı çatmayıbmi?
-Dövlətin vətəndaşların bölgərlərə burxmaması təsadüfi deyil. Operativ Qərargah nə zaman məqsəduyğun hesab edərsə, o zaman icazə verəcək. Bu cür işlər insanların istəyinə uyğun deyil, onların sağlamlığının qorunması naminə edilir. Dövlət insanların sağlamlığını düşünərək bu addımları atır. Belə olmasaydı dövlət büdcədən xəstəliyə qarşı və insanların sosial müdafiəsini gücləndirmək üçün 600 milyon manatdan artıq əlavə vəsait ayrımazdı. Bir çox ölkələr büdcə vəsaitlərini azaldır, biz də isə əksinə artırılır. Ayrılan bu vəsait insanların xəstəlikdən qorunmasına və onlaırn sosial problemlərinin həllinə yönəldiləcək. Ona görə də xalq hökumətin qəbul etdiyi qərarlara anlayışla qarşılayıb, dövlətinə inanmalıdır. Necə ki, dövlət bu çətin anda xalqının yanındadırsa, xalq da dövlətin yanında olub dəstək verməlidir. Dəstək verməliyik ki, üzləşdiyimiz bu bəladan tez qurtulaq.
-Siz əminziniz ki, ölkə başçısının pandemiya dövründə də nəzərdə tutulan bütün sosial sahədəki layihələri sonadək icra olunacaq?
- Bəli, sözsüz! Bunu indiyədək görülən işlər deməyə əsas verir. Pandemiyanın yaratdığı çətinliklərə baxamayaraq Azərbaycan dövlətinin sosial layihələrinin uğurla icra olunması üçün potensialə və imkanlaır var. Ona görə də nəzərdə tutulan layihələr nəzərdə tutulduğu zamanda yerinə yetiriləcək. Dövlət büdcəsinin dürüstləşdiirlməsi onu da deməyə əsas verir ki, nəinki nəzərdə tulan layihələr, həmçinin yeni layihələrə icra olunacaq.
Təbii ki, Azərbaycanı yüzilliklərə söykənən inkişaf etmiş dünya ölkələri ilə müqayisə etmək hələ tezdir. Ancaq Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə və üzləşilən çətinliklərdən çıxmağa qadir ölkədir. Biz bir daha pandmeiya dövründə bunun şahidi olduq. Bu da təsadüfi deyil. Bütün bunlar bünövrəsi və əsasları ümumillilider Heydər Əliyev tərəfindən düzgün qoyulan siyasətin cənab İlham Əliyev tərəfindən uğurla icra edilməsi nəticəsində mükün olub. Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə ölkə yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Son 17 ildə görülən işləri ancaq yuxu kimi qiymətləndirmək olar. Hansı ki, 70 illik sovet hakimiyyəti dövründə bunların heç yarısını etmək mümkün olmadı. Yəni Azərbaycan son 17 ildə sıçrayışlı bir inkişaf dövrünü yaşadı.Bunu danmaq qeyri-mümkündür. Bütün bunlar göstərir ki, düzgün yoldayıq.Məhz cənab Prezident İlham Əliyevin rəhbərliyi və yürütdüyü düzgün siyasət nəticəsində pandemiyanın yaratdığı çətinliklərdən üzüağ çıxaraq yenidən inkişaf mərhələsinə qədəm qoyacağıq. Biz buna əminik.
Həyata keçirilən düzgün siyasətin nəticəsidir ki, b u gün Azərbaycan dünyada qlobal pandmeyaya qarşı mübarizədə öz töhfəsini verir və bu beynəlxalq aləm tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan virusa qarşı beynəlxalq həmrəyliyin yaradılması ilə yanaşı, 50-dək ölkəyə birbaşa yardım edib.Bir daha təkrar edirəm ki, bütün bunlar zamanında düzgün həyata keçirilən siyasət nəticəsində mümkün olub. Ona görə də çətin günlərdə digər çətinlik çəkən ölkələrə də dəstək verdik.
Amma bəzi ölkələrimkanı olmaıdğından vətəndaşını öz talelərinin ümidinə buraxdı.
Azərbaycan işini bununla bitirmədi və bir sıra təşəbbüslərlə çıxış edərək, onları reallaşdırdı. Türk Şurası, Qoşulmama Hərəkatının Zirvə toplantısını keçirmək, eyni zamanda BMT Baş Assambleyasının xüsusi sessiyasının çağrılması və bu istiqamətdə səy göstərməsi dediklərmizin bariz nümunəsidir. Onu da qeyd edim ki, bu Azərbaycanın ilk təşəbbüsləri deyil. İndiyədək dəfələrlə belə təşəbbüslərlə çııxş edib və istəklərini reallaşdırıb. Dünya dövlətləri də Azərbaycanın bu səylərini müsbət qiymətləndirir .
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın bu addımları düşmənlərimizin, xüsusən də Ermənistanın qısqanclığına səbəb oldu. Azərbaycanın uğurlarına kölgə salmaq üçün hər cür çirkin oyunlara əl atdılar. Azərbaycan ordusu ermənilərin bu fitnəkar niyyətinin qarşısını alıb, onların layiqli cavabını verdi.Torpaqlaırmızın bir qarşı torpağın işğalına imkan verməyərək öz canlarını Vətən yolunda qurban verib, şəhid oldular. Biz onların qarşısında baş əyirik. Bildirim ki, bir millər vəkili olaraq Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə birlikdə bir çox şəhidin ailəsində olduq.
Bu hadisələr zamanı dünya bir daha ermənilərin vəhşi, vandal hərəkətinin şahidi oldu. Xüsusən də Azərbaycan diaspor təşkilatlarının Ermənistanın yürütdüyü işğalçı siyasətini beynəlxalq aləmə çatdırmaq və buna susmasıan etiraz olaraq keçirdiyi sivil etiraz aksiyalarına ermənilərin vəhşicəsinə hücum edərək, xalqımızı gözdənsalma hərəkətləri zamanı şahidi oldu. Dünya bir daha Ermənistanın necə yalan, fitnəkar siyasət üzərində qurulan dövlət olduğunu gördü.

Mürtəza

Mənbə: olke.az