Buraxılış imtahanları stadionlarda keçiriləcək

Buraxılış imtahanları stadionlarda keçiriləcək

Koronavirus pandemiyası səbəbindən Özbəkistan hakimiyyəti ali təhsil müəssisələrinə qəbul imtahanlarının stadionlarda keçirilməsini qərara alıb.

Cebhe.info-nun məlumatına görə, bu barədə abituriyentlərin qəbulunun təşkili ilə bağlı iclasın nəticələrinə dair Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin mətbuat xidməti açıqlama yayıb.

Hakimiyyət bu qərarı qapalı binaların epidemioloji tələblərə cavab verməməsi və sosial məsafəni təmin edəcək qədər geniş olmaması ilə izah edib.

Stadionlarda imtahanların gündə iki dəfə - günün sərin saatlarında keçirilməsi təklif olunur. Bütün prosesin 12-14 gündə başa çatdırılması planlaşdırılır. Nazirliklərə və idarələrə stadionları diqqətlə hazırlamaq və şagirdlərin yerləşdikləri yer barədə məlumat vermək tapşırılıb.

Qeyd edilir ki, bu il ölkənin ali təhsil müəssisələrində bakalvr pilləsində təhsil almaq üçün 162 mindən artıq, magistraturaya 10 mindən çox yer ayrılıb. Ümumilikdə, Özbəkistanın 91 universitetinə 1.4 milyondan çox insan ali təhsil almaq üçün müraciət edib.

Mənbə: cebhe.info