Medvedev: "Abxaziya və Osetiyanı təcavüzdən qoruduq"

"Rusiya hər zaman sərhədyanı ölkələrin sabitliyini və təhlükəsizliyini qoruyurdu və həmişə qoruyacaq. 2008-ci ildə Rusiya, Abxaziya və Osetiyanı təcavüzdən qorudu".

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının Baş katbinin müavini Dimitri Medvedev 2008-ci il Rusiya-Gürcüstan müharibəsini şərh edərkən deyib.

Medvedev baş verənlərdə Gürcüstanı günahkar hesab edib:

"Faktiki olaraq, bu Rusiyaya qarşı müharibə elan etmək demək idi. Abxaziya və Osetiyanı təcavüzdən qoruduq. Daha sonra isə onların vətəndaşlarının xahişi ilə müstəqilliklərini tanıdıq. Əks halda, Rusiya üçün qəbuledilməz hal yaranacaqdı", - deyə Dimitri Medvedev bildirib.

Medvedev, Rusiya tərəfindən Gürcüstanın işğal faktına haqq qazandıraraq bildirib ki, Rusiya bu addımı ilə bölgədə və dünyada stabilliyin qorunması üçün fəaliyyətini davam etdirəcək.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Rayonda dələduzluq edən qadın tutuldu - VİDEO

SONRAKI XƏBƏR

Ağdaşda çəltik biçininə hazırlıq görülür