12 avqustda Azərbaycan Sosialist Partiyası qurultay keçirəcək

12 avqustda Azərbaycan Sosialist Partiyası qurultay keçirəcək

Azərbaycan Sosialist Partiyası 12 avqust tarixində saat 14.00-da qurultay keçirəcək.

Məlumat üçün qeyd edək ki 1999 - cu ildə təsis edilmiş Yeni Yol partiyasının adı növbəti, 2002 - ci ildə keçirilmiş qurultayda dəyişdirilərək Azərbaycan Sosialist Partiyası adlandırılmışdır.

Hər iki halda - istər 1999 -cu ildə, istərsə də 2002 - ci ildə partiya sənədləri qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim edilmişdir ki, sənədlərin surətləri bunu təsdiq edir. Partiyanın uzun müddət dövlət qeydiyyatından kənarda qalması səbəbindən Siyasi şura olaraq partiyanın karantin şəraitində onlayn qurultayını keçirməyi qərara aldıq. Qurultayın keçirilməsində məqsəd, zamanın tələblərinə uyğun olaraq partiyanın Nizamnamə və Məramnaməsinə dəyişikliklər edilməsi, partiyaya yeni üzvlərin cəlb edilməsi, qeydiyyatla bağlı yenidən Ədliyyə Nazirliyinə ərizə ilə müraciətlə bağlıdır. Qurultay, 12 avqust tarixində saat 14.00-da keçiriləcəkdir.

 

Mənbə: www.nuh.az