Kərkük türkmənlərindən Azərbaycana DƏSTƏK - VİDEO

Kərkük türkmənlərindən Azərbaycana DƏSTƏK - VİDEO

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam edir.

İşğalçı dövlətin Tovuzda törətdiyi son hərbi təxribat dünya ölkələrində yaşayan soydaşlarımızın sərt təpkisi ilə qarşılaşdı. İraqın Kərkük bölgəsində yaşayan türklər də Azərbaycana dəstək nümayiş etdirib.

Ermənilərin silahlı təcavüzünü pisləyən Kərkük türkmənləri hər zaman Azərbaycan türklərinin və Azərbaycan dövlətinin yanında olduqlarını bəyan ediblər.

“Azərbaycan bizim torpağımız, bizim də vətənimizdir. Orda şəhid olmaq bizə şərəfdir”-deyə, türkmən fəallar qeyd edib.

Aydın
Cebhe.info

Mənbə: cebhe.info