Düşmən Xankəndidən Qırmızı Bazara gedən  strateji yolu asfaltlamağa başladı...- FOTO

"Cənab milli(!) oliqarxlar, əmin olun ki, Azərbaycanda Qarabağdan gəlirli bazar yoxdur: turuzm bazarı, qızıl bazarı, dəmir-mis, mineral və termal müalicəvi sular, meyvə-tərəvəz, üzüm, qoz-fındıq, taxta, mebel və s. bazarı və s..."

İşğalçı və separatçı ermənilər Azərbaycan Respublikasının 20 faizlik ərazisində hökmranlığa davam edirlər.

Separatçı-terrorçu rejim təcavüzkar Ermənistanın, Rusiya, Avropa və ABŞ-dakı himayədarlarının dəstəyi ilə mümkün məskunlaşdırma, quruculuq və abadlıq işləri görür.

Bu günlərdə Xankəndidən Xocalı rayonunun “Saruşen” adlandırılmış Dağyurd kəndindən keçməklə Xocavənd rayonunun işğal altındakı “Karmir Şuka” adlandırılmış məşhur Qırmızı Bazar qəsəbəsinə gedən yolun təmir və asfaltlanma işlərinə başlanılıb.

Moderator.az xəbər verir ki, bu haqda erməni nəşrləri məlumat yayıb.

Xatırladaq ki, Qırmızı bazar qəsəbəsi işğal altındakı ərazilərimizdə həm hərbi-coğrafi, həm də, iqtisadi sosial baxımdan strateji məkanda yerləşən yaşayış məntəqələrindən biridir. Sovet dövründə burada çaxır zavodu və Xocavənddəki yağ-pendir zavodunun bir sexi fəaliyyət göstərib. 1988-1990-cı illərdə ermənilərin çəkdiyi “Şimal – Cənub” adlanan Ağdərədə-Xankəndi-Hadrut strateji əhəmiyyətli magistral yolu da bu qəsəbədən keçir. Hazırda ermənilər Qırmızı Bazarı "şəhər tipli qəsəbə" adlandırırlar.

Qırmızı Bazar Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. 1992-ci ilin iyun ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qəsəbəni və ətraf kəndləri azad etmək məqsədilə keçirdiyi əməliyyat, təəssüf ki, uğursuzluqla nəticələnib.

P.S. Cənab milli(!) oliqarxlar, əmin olun ki, Azərbaycanda Qarabağdan gəlirli bazar yoxdur: turuzm bazarı, qızıl bazarı, dəmir-mis, mineral və termal müalicəvi sular, meyvə-tərəvəz, üzüm, qoz-fındıq, taxta, mebel və s. bazarı və s. Siyasi və maddi sərmayə qoyaraq bu torpaqların azadlığına şərait yaradın və 100 qat pulunuzu çıxarın...

Sultan Laçın

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanda koronavirusa yoluxan daha 6 nəfər ölüb

SONRAKI XƏBƏR

İran-İraq sərhədində zəlzələ oldu