Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib - FOTOSESSİYA

Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı idmançı dünya boksunun əfsanəsini döyüşə çağırır

SONRAKI XƏBƏR

Beyrutu viran qoyan "bomba" “Hizbullah”ın anbarında olub