KİV: Səudiyyə hakimiyyət çevirilişi astanasında, bütün şahzadələrin ölkədən çıxışına qadağa qoyulub

KİV: Səudiyyə hakimiyyət çevirilişi astanasında, bütün şahzadələrin ölkədən çıxışına qadağa qoyulub

Saudiyyə Ərəbistanında hakimiyyət dəyişikliyi gözlənilir.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə ərəb mediasi məlumat və sənədlər yayımlayıb.

Sənədlərin birində, Səudiyyə Ali Məhkəməsi rəsmi bildiriş yazaraq, Daxili İşlər Nazirliyindən bütün şahzadələrin ölkədən çıxışına qadağa qoyulmasını tələb edib.

Ərəb mediası bu prosesi Səud ailəsinin hakimiyyətinin artıq Salman (hazırki kral) ailəsinin hakimiyyəti kimi davam edəcəyini bildirirlər.

Bildirilir ki, kral Salman bin Əbdüləzizin oğlu və vəliəhdi şahzadə Məhəmməd bin Salman ailənin hakimiyyətə iddialı bütün şahzadələrini zərərsizləşdirərək özünün şərtsiz hakimiyyət planını qurmağa davam edir.

Qeyd edək ki, kral Salman üç il öncə qardaşı oğlu Məhəmməd bin Nayif bin Əbdüləzizi (sabiq daxili işlər naziri) vəliəhdlikdən uzaqlaşdıraraq öz oğlu Məhəmmədi bu kürsüyə otuzdurub.

Mənbə: www.interaztv.com