“Prezident seçilsəm…” – Aleksandr Lukaşenkodan ilginc vəd

“Prezident seçilsəm…” –  Aleksandr Lukaşenkodan ilginc vəd

Belarus prezidentliyə namizəd və ölkənin hazırkı lideri Aleksandr Lukaşenko seçkilərdə qalib gələcəyi təqdirdə ilk xarici səfər məsələsində seçici olmayacağını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarusun “BelTA” agentliyi məlumat yayıb.

“İlk xarici səfərimdən narahat deyiləm. İnsanlar mənə güvənərsə, birinci dəfə deyil ki, prezident olacağam. Buna görə də belə bir problemim yoxdur. Mən ilk səfərlərimdə olmuşam, ona görə də belə bir problemim olmadığını səmimi şəkildə söyləyirəm”, - Lukaşenko bildirib.

Beləliklə, o, ilk dəvət ediləcək ölkəyə səfər edəcəyini qeyd söyləyib: “Belarusun bir şeyi nümayiş etdirmək üçün ilk olaraq hansısa ölkəyə baş çəkməsi lazım deyil”.

Qeyd edək ki, bu gün Belarusda prezident seçkiləri keçirilir. Əsas mübarizə hazırkı dövlət başçısı Aleksandr Lukaşenko və müxalifətin namizədi Svetlana Tixanovskaya arasında gedir.

 

Mənbə: teleqraf.com